Elnur Məmmədli: Hacıəhmədovun təyinatı düzgün seçimdir
27 fevral 2014 11:55
Azərbaycan Cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli azerisport.az saytına açıqlamasında Hacıağa Hacıəhmədovun milliyə təyinat almasını düzgün seçim adlandırıb:
"Hacıağa Hacıəhmədov uzun illər gənclər yığmasına başçılıq edib. Millidə köməkçi məşqçi işləyib. Azərbaycan cüdosunun potensialını bilir. Hər bir cüdoçunu yaxından tanıyır. Onun təyinatı düzgün seçimdir. Hacıəhmədovun rəhbərliyi altında milli komandamız nəticə qazana biləcək".