Avropa Kubokundan gümüş və bürünc medalla
29 aprel 2014 17:28

"Qəbələ" İdman Klubunun çüdoçuları İtaliyada keçirilən Gənclərin Avropa Kubokundan 2 medalla dönüblər. Azerisport.az xəbər verir ki, yarışa Azərbaycan milli komandasının tərkibində 5 "Qəbələ" cüdoşusu yollanıb.
Onlardan Mehman Sadıxov (60 kq) gümüş medala, Cəlil Şükürov (100 kq) isə bürünc medala sahib olub. 90 kq çəki dərəcəsində mübarizə aparan Vasif Şərbətli turniri 5-ci yerdə tamamlayıb.
(Klub saytı)