Elnur Məmmədli: Millini əvvəlki səviyyəyə qaytarmaq lazımdı
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli cüdoçularımızın Rusiyada keçirilən dünya çempionatında medalsız qalmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heç kim gözləməzdi ki, komanda belə çıxış etsin. Bu nəticəyə görə məşqçini qınamaq olmaz. Çünki, Hacıağa Hacıəhmədov cəmi 3-4 ay əvvəl təyin olunub. İdmançılarımızın bəzilərində zədə problemi var idi. O, səbəbdən biz səfərə tam heyətlə yollanmaqda çətinlik çəkdik. Sözsüz ki, səhvlər da oldu. Amma bununla bağlı müzakirələr aparılacaq. Tez bir zamanda problemləri həll etməyə çalışacağıq. Son 10 ildə həmişə dünya çempionatlarından medalla qayıtmışıq. Bu səbəbdən medalsız qalmaq bizə təsir etdi. Millini əvvəlki səviyyəyə qaytarmaq lazımdı".