Cüdoçularımızdan böyük qələbə
8 dekabr 2014 14:10

Noyabrın 29-30-da “Zirvə” İdman Klubunun cüdoçuları Türkiyənin Ankara şəhərində mötəbər bir turnirdə iştirak ediblər. Azerisport.az xəbər verir ki, klubun bu şəhərdəki “Altınpark-Akarsu Yarış Kompleksi”ndə böyük rəhbər Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş beynəlxalq “Atatürk Kuboku” keçirilib. Azərbaycanı bu yarışda sözügedən klubun idmançıları təmsil ediblər.
Baş məşqçi Hətəm Əhmədov və məşqçi Elməddin Əhmədovun rəhbərliyi altında Kubokda 20 cüdoçu qatılıb. Onların hər biri fəxri kürsüyə qalxaraq ölkəmizi layiqincə təmsil edə biliblər. Yarışda ümuilikdə 350-dən çox cüdoçu iştirak edib. Komandamız ümumilikdə 9 qızıl, 5 gümüş və 6 bürünc medal qazanıblar.
İdmançılarımızın nəticələri ilə tanış olun:
2005-07-ci illər təvəllüdlü idmançılar | ||
İdmançı | Çəki | Yer |
Vəlizadə Turac | 21 kq | 1 |
Məmmədov Xaliq | 21 kq | 2 |
Həsənov Emin | 24 kq | 1 |
Sultanlı Nihat | 24 kq | 3 |
Cəlilov Şəhriyar | 34 kq | 1 |
2003-04-cü illər | ||
Əliyev Murad | 26 kq | 1 |
Məmmədgil Alper | 30 kq | 1 |
Hacıyev Oruc | 30 kq | 2 |
Səmədov Hikmət | 30 kq | 3 |
Əzməmməd Elcan | 38 kq | 3 |
Məmmədov Hüseyn | +60 kq | 2 |
2001-02-ci illər | ||
Abbasov Xəzər | 30 kq | 1 |
Yaqublu Araz | 38 kq | 3 |
Nəzərli Pərviz | 42 kq | 2 |
Cəlilov Rəvan | 46 kq | 2 |
Soltanov Abdullətif | 50 kq | 3 |
1998-2000-ci illər | ||
Qurbanov İman | 50 kq | 3 |
Bədəlov Babək | 55 kq | 1 |
Seyidov Rafiq | 60 kq | 1 |
1995-97-ci illər | ||
Salamov Salam | Nevaza (dizüstü) | 1 |