Fotoreportaj|Video|На русском

Cüdo

Kifayət Qasımova: Kaş Qəbələni 2 il əvvəl seçəydim

5 fevral 2015 17:30

“Qəbələ” İdman Klubu (İK) üç ay əvvəl ölkə idmanının daha bir “incisi”ni, peşəkar cüdoçu Kifayət Qasımovanı öz sıralarına cəlb etdi. Azerisport.az xəbər verir ki, Azərbaycanda qadın cüdosunun lideri, dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı bundan sonra həm də “Qəbələ”nin şərəfini qoruyacaq. Tanınmış idmançı ilə müsahibəni təqdim edirik.

- Bunadək “Neftçi” və “Attila” klublarının üzvü olmuşam. Məlumdur ki, idmançı yarışa yaxşı şəraitdə hazırlaşmalıdır. “Qəbələ” yaratdığı imkan və şərait baxımından seçildiyindən, düşündüm ki, bu klubun üzvü olsam, karyeramda daha da irəli gedə bilərəm.

- Yəni təşəbbüs səndən gəldi?
- Bəli. Artıq 3 aydır “Qəbələ”nin üzvüyəm. Sağ olsun Səbuhi müəllim, (döyüş növləri üzrə koordinator Səbuhi Qarayev nəzərdə tutulur - müəllif) bu işdə mənə kömək etdi. “Qəbələ”yə keçmək istəyimlə bağlı onunla həm mənim, həm də məşqçimin söhbəti oldu. Klub rəhbərliyi təklifi məmnunluqla qarşıladı. “Qəbələ”yə keçdiyimə görə çox razıyam. Kaş bu seçimi 2 il əvvəl edəydim...

- Səncə, “Qəbələ” həyatında nəyi dəyişəcək?
- “Qəbələ” Azərbaycanın öndə gedən idman klubudur. Bu klubun üzvü olmaq məni tam qane edir. “Qəbələ”nin idmançısı kimi ilk ciddi sınağım bu il Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları olacaq. Orada klubumuzu layiqli şəkildə təmsil etmək, yığmanın heyətində uğurla çıxış etmək istəyirəm. Turnir ilk dəfə, həm də vətənimizdə keçirildiyindən üzərimdə böyük məsuliyyət var. Əsas məsələ medal qazanmaqdır.

- Niyə məhz cüdo? Axı zərif cinsin nümayəndələri, adətən, başqa idman növlərinə meyl edirlər.
- Sadəcə, uşaq olarkən təsadüfən cüdo ilə məşğul olmağa başladım. Və alındı, nəticələr qazandım. Bu məni bir az da həvəsləndirdi. Beləcə, yoluma davam etdim. Nəticədə peşəkar idmançı oldum.

- Azərbaycanda qadın cüdoçular arasında aşkar lidersən.
- Fikrimcə, liderliyim birbaşa nəticələrimin çoxluğu ilə əlaqədardır. Ən mötəbər turnirlər olan dünya və Avropa çempionatlarını götürsək, cüdoda ilk addımlarımı atmağa başlayandan bu vaxtadək 11-12 dəfə mükafatçı olmuşam. Bizdə heç oğlanlar bu qədər nəticə verməyib. Hələ beynəlxalq turnirləri – Dünya kuboku, “Qran-pri”, “Böyük dəbilqə”dəki nailiyyətlərimi demirəm. Həmin yarışlarda da dəfələrlə çempion, mükafatçı olmuşam.

- Cüdoda bu qədər uğur qazanmış Kifayətin özünün ən böyük qazancı nə olub?
- Beynəlxalq arenada Azərbaycanın bayrağını yüksəltmək, himnini səsləndirmək imkanı qazanmışam. Bu, hər bir vətəndaş üçün böyük qürurdur. Hesab edirəm ki, idmanda ən böyük qazancım budur.

- Hələ ki nə dünya çempionu, nə də idmanda uğurun zirvəsi sayılan olimpiya çempionu titulunu qazana bilmisən. Son 2 olimpiadanın - Pekin-2008 və London-2012-nin iştirakçısı olsan da, hər ikisində mübarizəni 1/8 finalda dayandırmısan. Bunun səbəbini nədə görürsən?
- Bəxtsizlikdə. Sözün düzü, son olimpiadada zədəm var idi. Pekində isə şanssızlıq mane oldu. İppon xalı gətirən fəndlə yapon idmançı üzərində tam üstünlüklə qələbə qazansam da, hakimlər fəndimi vazari (ippondan daha aşağı dərəcəli xal – red.) kimi qiymətləndirdilər. Həmin vaxt çox yaxşı formada idim. İpponumu hesaba alsaydılar, olimpiadada mükafatçı olardım.

- Bu əminlik nədən irəli gəlir?
- Çünki sonrakı rəqiblərim məndən çox zəif, məğlub etdiyim cüdoçular idi. Ən çəkindiyim rəqib bayaq dediyim həmin o yapon idi. Hakimlər məni ona uduzdurdular. Hər iki olimpiadada ilk rəqiblərim çox güclü idmançılar oldu. 2008-ci ildə Pekində olimpiya çempionu olan italyan idmançı Culiya Kvintavalleni Avropa çempionatında 3-cü yer uğrunda görüşdə tam üstünlüklə udmuşam. Olimpiadanın gümüş və bürünc medalçılarını da dəfələrlə yenmişəm. Yəni mən onlardan güclü ola-ola, bəxtsizlikdən mükafatlardan kənarda qaldım. Elə bil olimpiya çempionu olmaq qismətimə yazılmayıb.

- Növbəti olimpiada gələn il Rio-de- Janeyroda (Braziliya) olacaq. Bu dəfə də hədəf olimpiya çempionu olmaqdır?
- Bəli. Ümidimi hələ itirməmişəm. Ancaq indi bütün diqqətimi I Avropa Oyunlarına yönəltmişəm. Həmin mötəbər yarışda qalib olsam, olimpiya çempionu sayılacağam.

- “Bakı-2015”də şansını necə dəyərləndirirsən? Əsas rəqiblərin kimlərdir?
- Avropada əsas rəqiblərim almaniyalı Mariyam Roperlə portuqaliyalı Telma Monteyrudur. Açığı, mənim çəkimdə idmançılar çox güclüdür. Əvvəllər qadın cüdoçular arasında güclü idmançılar o qədər də çox deyildi. İndi isə cüdo o qədər populyarlaşıb ki, zəif idmançıya rast gəlmək müşkül məsələdir. Öz çəkimdə ən güclülərin adlarını isə az öncə qeyd etdim.

- Həmişə eyni çəkidə - 57 kiloqramda çıxış etmisən. Bəlkə nəticə qazanmaq üçün çəkini dəyişmək daha məqsədəuyğun olardı?
- Peşəkar idmançılar uzun müddət eyni çəkidə qalır. Çəkini dəyişmək o qədər də asan deyil. Yeni çəkiyə öyrəşməyə, azı, 1 il vaxt lazımdır. Bundan sonra isə, ümumiyyətlə, dəyişə bilmərəm. Çünki karyeramı bitirməyə 1-2 il qalıb. Əslində, 57 kiloqram xarici görünüşümə və boyuma tam uyğundur. Bir ara 60 kiloqrama keçmək istədim, amma tərəddüd etdim. Keçsəydim, bəlkə də yaxşı olardı. Çünki hər dəfə 3 kiloqram çəki atmalı oluram.

- “Qəbələ”nin cüdo bölməsi bir çox uğurlara imza atıb. Klubun Qəbələ bölməsinin yetirmələri artıq öz sözlərini deyirlər. Tanınmış idmançı kimi onlara nə tövsiyə edərdin?
- İlk növbədə çoxlu məşq etməyi. Cüdo gözəl idman növüdür, dünyada çox populyardır. Məşq etdiyim zalda yeniyetmə qızlar var. Onlara məsləhətlərimi verirəm, lazım olanda kömək edirəm, müəyyən şeyləri başa salıram.

- Ümumiyyətlə, Azərbaycanda qadın cüdosunun hazırkı vəziyyəti haqqında nə deyə bilərsən?
- Bizdə qadın cüdoçular azdır. Azərbaycanda qadınların cüdo ilə məşğul olmasına, nədənsə, yaxşı baxmırlar. Qızları yarışlara aparmırlar ki, zəifdirlər. Ancaq əslində, yarışlarda iştirak etmək lazımdır ki, inkişaf etsinlər. Yalnız məşq etməklə medal qazanmaq mümkün deyil. Xaricdə təlim-məşq toplanışı keçmək, əcnəbilərlə sparrinqə çıxmaq, beynəlxalq yarışlarda iştirak etmək də vacibdir. Mənim nə qədər təcrübəm olsa da, 3-4 ay çıxış etməyəndə, bir az həyəcan olur, hissiyatım azalır. İdmançı nə qədər çox hazırlıq keçsə, turnirdə mübarizə aparsa, özünü bir o qədər formada hiss edər, təcrübəsi artar.

- Tələbən və ya layiqli davamçın hesab etdiyin kimsə varmı?
- Tələbəm yoxdur. Elə bir idmançı da görməmişəm ki, onu layiqli davamçım sayım. Ancaq Azərbaycanda normal cüdoçu qızlar var. Onları yarışlara aparsalar, ümid edirəm nəticə verəcəklər.

- Gələcəkdə özünü məşqçi kimi görürsən?
- Bəli. Hesab edirəm ki, yaxşı məşqçilik bacarığım var. Ancaq hələ ki, istəmirəm. Karyeramı davam etdirirəm, bitirdikdən sonra isə yəqin ki, bir müddət istirahət edəcəyəm. Məşqçilik sonrakı planlara daxildir.

- Bəs futbolla aran necədir? “Qəbələ”nin oyunlarını izləyirsən?
- Sözün düzü, futbolla çox da maraqlanmıram. Dünya və Avropa çempionatlarında ara-sıra oyunlara baxıram. Vaxtım olanda isə, millinin oyunlarını izləyirəm. Futbol komandamıza və klubumuzun bütün idmançılarına uğurlar arzulayıram. (Qəbələ İK qəzeti)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah