Mövlud Mirəliyev Avropa Oyunlarında iştirak etməyəcək
8 may 2015 00:15
Cüdo üzrə Pekin Yay Olimpiya oyunlarının bürünc medalçısı Mövlud Mirəliyev Avropa Oyunlarında iştirak etməyəcək. İdmançı azerisport.az saytına açıqlamasında qərarını belə izah edib:
"Son 5 ay ərzində məşqlərdə iştirak edirdim. Avropa Oyunlarında sambo növündə mübarizə aparmaq istəyirdim. Bildiyiniz kimi karyeramın əvvəlində samboyla məşğul olmuşam. Təəssüf ki, alınmadı. Həkimlər kəskin şəkildə yarışda iştirak etməyə qadağan etdi. Bir neçə ay müalicə olunmalıyam. Onurğa sümüyündə problem var. Məhz bu səbəbdən Avropa Oyunlarında iştirak etməyəcəm".