Avropa birinciliyinə gedəcək cüdoçularımızın siyahısı açıqlandı
12 noyabr 2015 14:40

Noyabr ayının 13-dən 15-dək Slovakiyanın Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaq.
Qitə birinciliyində ölkəmizi məşqçilər Elçin İsmayılov və Rəşad Məmmədovun rəhbərliyi altında 10 idmançı təmsil edəcək. Bunlar Rəşad Rufullayev (66 kq), Telman Vəliyev (66 kq), Cəlil Şükürov (100 kq), Hidayət Heydərov (73 kq), Rüfət Tağızadə (60 kq), Davud Məmmədov (60 kq), Rirudin Dadaşov (90 kq), Zelym Kotsoiev (90 kq), Səkinə Zairova (57 kq) və Leyla Əliyevadır (48 kq).