Paralimpiyaçı cüdoçularımız üçün son şans
23 noyabr 2015 13:15
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə milli komandası noyabrın 24-dən 30-dək Portuqaliyanın Odivellas şəhərində keçiriləcək 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran açıq Avropa çempionatına yola düşürlər. Azerisport.az xəbər verir ki, bu idman növü üzrə artıq 2 çəki dərəcəsində lisenziya qazanılıb.
Bunlar 66 kq çəki dərəcəsində Bayram Mustafayev və 73 kq çəki dərəcəsində Ramil Qasımovdur.