Gənclərin Bakı birinciliyinə start verilib

Bu gün Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçuların açıq Bakı birinciliyinə start verilib. Azerisport.az xəbər verir ki, yarışda paytaxt və bölgələrdən olan komandaların tərkibində 200-ə qədər idmançı mübarizəyə qoşulub.
Paytaxt birinciliyinin ilk günündə oğlanlar 55, 60 və 66 kq, qızlar isə 57, 70, 78 və +78 kq çəki dərəcələrində qüvvələrini sınayıblar. Oğlanların yarışında Naib İsmayılov (55 kq), Fərid Qardaşxanov (60 kq) və Yusif Heydərov (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızlar arasında təşkil olunan yarışda isə Aytac Quluzadə (44 kq), Rəfiqə Mənsimova (57 kq), İzafət Abdullayeva (70 kq), Nərminə Əlizadə (78 kq) və Nigar Cəfərova (+78 kq) paytaxt yarışının qalibi adını qazanıblar.
Qeyd edək ki, Bakı birinciliyinə yanvarın 19-da yekun vurulacaq.