Azərbaycan Kubada ikinci oldu
25 yanvar 2016 12:00

Kubada keçrilən cüdo üzrə Qran-Pri yarışı Azərbaycan milli komandası üçün uğurlu olub. Azerisport.az xəbər verir ki, cüdoçularımızın Havanada qazandığı 3 medal sayəsində Azərbaycan bu mötəbər yarışda iştirak edən 59 ölkə arasında 2-ci yeri tutub.
Yalnız kişilərin yarışında mübarizə aparan millimizi komanda hesabında Rusiya cüdoçuları qabaqlayıb.
Qeyd edək ki, Kuba Qran-Prisində Azərbaycan milli komandasının üzvləri - Rüstəm Orucov qızıl, Orxan Səfərov və Elxan Məmmədov isə bürünc medal qazanıblar.