Azərbaycanlı hakim Avropa kubokunda
31 yanvar 2016 12:40

Xəbər verdiyimiz kimi, Bolqarıstanın Sofiya şəhırində cüdo üzrə Avropa kuboku yarışı keçirilir. Azerisport.az xəbər verir ki, beynəlxalq turnirdə dünyanın 58 ölkəsi ilə yanaşı Azərbaycanın cüdoçuları da mübarizə aparırlar.
Artıq cüdoçularımız Avropa Kubokunun ilk günündə medal (Elburus Zamanov (60 kq) - qızıl, İlkin Babazadə (66 kq) - bürünc) qazanmağa müvəffəq olublar.
Bolqarıstandakı Avropa kuboku Azərbaycan cüdosu üçün daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Belə ki, beynəlxaq dərəcəli hakimimiz Elmar Babanlı da yarışın hakimləri arasındadır. Babanlı artıq bir neçə görüşü yüksək səviyyədə idarə edib.
Qeyd edək ki, Elmar Babanlı həm də Azərbaycan Cüdo Federasiyasının baş katibidir.