Rövnəq Abdullayev cüdo üzrə Azərbaycan birinciliyində
13 fevral 2016 12:20

Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, bu yarışda respublikamızın bütün bölgələrini və paytaxt Bakını təmsil edən 24 komandanın 328 cüdoçusu mübarizə aparır.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev yarışları Bakı İdman Sarayında canlı izləyib. Gənclərin respublika birinciliyinə bu gün yekun vurulacaq.
Qeyd edək ki, bu çempionatdan əvvəl yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi keçirilib. Yarışda 61 klub və cəmiyyətin 602 idmançısı iştirak edib. Azərbaycan birinciliyinin qaliblərinə medallar, fəxri fərmanlar və pul mükafatları verilib.