Gənc cüdoçuların respublika birinciliyi sona çatıb

Bakı İdman Sarayında gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, iki gün davam edən yarışda paytaxt və bölgələrdən 45 komandanın tərkibində 312 cüdoçu qüvvəsini sınayıb.
Respublika birinciliyində oğlanlar arasında Nəriman Əhmədov (55 kq), Tofiq Məmmədov (60 kq), İlkin Babazadə (66 kq), Samir Ağayev (73 kq), Rüfət İsmayılov (81 kq), Azər Yaqubov (90 kq), Etibar Zeynalov (100 kq) və Ayxan Cəfərov (+100 kq) çempion olublar. Qızlardan isə Ramilə Əliyeva (44 kq), Şəhla Babayeva (48 kq), Fəridə Səfərova (52 kq), Leyla Şahin (57 kq), Validə Mirzəzadə (63 kq), Diana Şoranova (70 kq), Turanə Ağayeva (78 kq) və Nigar Cəfərova (+78 kq) eyni uğura imza atıblar.
Ümumkomanda hesabında “Neftçi İdman Klubu”nun cüdoçuları 1-ci yeri tutublar. “Qəbələ” İdman Klubu 2-ci, 13 saylı İOEUGİM isə 3-cü yerə çıxıb. (ACF)