Rüstəm Orucov Almaniyada gümüş medal qazandı
21 fevral 2016 00:10

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-Pri beynəlxalq turniri davam edir. Azerisport.az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, millimiz aktivinə mötəbər turnirin ilk medalını yazıdırıb.
73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov finala gedən yolda belaruslu Aleksey Ramançuk, qazaxıstanlı Didar Həmzə, monqolustanlı Xadbatar Naranxu üzərində qələbə qazanıb. Rüstəm yarimfinalda Gürcüstan cüdoçusu, London olimpiadasinin qalibi Laşa Şavdatuaşvilini məğlub edib. Lakin həlledici görüşdə Yaponiya təmsilçisi, dünya çempionu Şoşei Onoya uduzaraq Qran-Prinin gümüş medalını qazanıb.
Digər cüdoçularımız – Əbdülhəq Rəsullu və Rüstəm Alimli (hər ikisi 81 kq) mübarizəni erkən dayandırıb.