Cüdo millimiz Düsseldorf qran-prisini 1 gümüş medalla başa vurdu
21 fevral 2016 17:30

Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə qran-pri beynəlxalq turnirində çıxışını yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, mötəbər turnirdə Rüstəm Orucovun (73 kq) çıxışı daha uğurlu olub. Orucov qran-prinin gümüş medalını qazanıb.
Millimizin digər iki üzvü - Orxan Səfərov (60 kq) və Elmar Qasımov (100 kq) beynəlxalq turnirdə 7-ci olub.