Avropa kubokunda ilk gün millimiz üçün uğursuz oldu
28 fevral 2016 00:10

Çexiyanın paytaxtı Praqa şəhərində cüdo üzrə Avropa kubokuna start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının 5 üzvü qüvvəsini sınayıb.
60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy 1/4 finala gedən yolda litvalı Andrey Kolokov, mərakeşli Məhəmməd Cafi və israilli Daniel Ben Davidi məğlub edib. 1/4 finalda Fransa təmsilçisi Sedrik Revola məğlub olan cüdoçumuz təsəlliverici görüşlərə qatılıb. Lakin ilk qarşılaşmasında İsrail cüdoçusu Yoav Şemeşə uduzaraq Avropa kubokunda 7-ci olub.
Digər cüdoçularımız – Sadiq Məhərrəmov (60 kq), İlkin Babazadə, Rəşad Rufullayev və Turan Seyidov (hər üçü 66 kq) mübarizəni erkən dayandırıblar.