Məmmədəli Mehdiyev qızıl medal qazandı
29 fevral 2016 00:30

Xəbər verdiyimiz kimi, Çexiyanın paytaxtı Praqa şəhərində cüdo üzrə Avropa kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Beləki, cüdoçularımız milli komandamızın aktivinə 2 medal yazdırmağı bacarıb. 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev Avropa kubokunun qızıl medalını qazanıb. +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri isə yarışı bürünc medalla kifayətlənib.