Tiflis qran-prisinə yekun vuruldu: millimiz medalsız qaldı
27 mart 2016 17:00
Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə qran-pri yarışına yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışın sonuncu günündə tatami üzərinə 5 cüdoçumuz çıxıb.
Tural Səfquliyev, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) medallar uğrunda mübarizə aparıb. Lakin təmsilçilərimizdən heç biri uğur qazana bilməyib.
Beləliklə, cüdo üzrə milli komandamız Tiflis qran-prisini medalsız başa vurub.
Qeyd edək ki, 67 ölkədən 395 (231 kişi, 164 qadın) cüdoçunun qatıldığı yarışda millimiz 12 idmançı ilə təmsil olunurdu.