Azərbaycan cüdoçuları Afinada 4 medal qazandı
Yunanıstanın paytaxtı Afinada cüdo üzrə gənclər arasında Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə milli komandamızın 15 üzvü mübarizəyə qoşulub.
Azərbaycan cüdoçularının Avropa çempionatında çıxışı uğurlu alınıb. Belə ki, gənc cüdoçularımız yarışın ilk günündə millimizin aktivinə 4 medal yazdırıb.
Hidayər Heydərov (73 kq) qızıl, Natiq Qurbanov (55 kq) və Tofiq Məmmədov (60 kq) gümüş, Murad Heydərli (60 kq) bürünc medal qazanıb.
Nəriman Əhmədov (55 kq) və Məhəmməd Hacıyev (60 kq) turnirdə 5-ci olublar.
Hacı Musayev (55 kq), Hasil Cəfərov (73 kq) və Şəhla Babayeva (44 kq) isə 7-ci yerlə kifayətləniblər.
Qeyd edək ki, 24 ölkədən 302 idmançının (200 oğlan, 102 qız) qatıldığı Avropa çempionatında milli komandamız 22 cüdoçu (19 oğlan, 3 qız) ilə təmsil olunur.