Heydər Əliyevin xatirəsinə həsr olunmuş Böyük dəbilqə turniri keçiriləcək
14 aprel 2016 00:30

Mayın 6-8-də Bakı şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, Heyər Əliyev adına İdman Arenasında təşkil olunacaq mötəbər yarışı işıqlandırmaq istəyən media mənsubları akkreditasiya əldə etmək üçün aprelin 25-dək Azərbaycan Cüdo Federasiyasına müraciət edə bilərlər.
Yarışın başlanmasına üç gün qalmış federasiya tərəfindən akkreditasiyaların əldə olunması ilə bağlı əlavə məlumat veriləcək.