Sadıq Sadıqov cüdoçularımızı təbrik etdi
23 aprel 2016 00:30

Xəbər verdiyimiz kimi, Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında Azərbaycan cüdoçuları uğurla çıxış edirlər. Azerisport.az xəbər verir ki, Orxan Səfərov qitə çempionatının gümüş, Rüstəm Orucov isə qızıl medalını qazanaraq tarix yazıblar.
Yarışların gedişini Kazanda canlı izləyən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov cüdoçularımızı parlaq qələbələr münasibətilə təbrik edib.