Cüdoçularımız AÇ-nin komanda yarışlarında bürünc medal qazandılar
24 aprel 2016 19:30

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının komanda yarışları da Azərbaycan milli komandası üçün uğurlu olub. Azerisport.az xəbər verir ki, cüdoçularımız əvvəlcə Latviya millisini 4:1 hesabı ilə məğlub edib.
Polşa yığmasına 2:3 hesabı ilə uduzan milli komandamız təsəlliverici görüşlərə qatılıb. Burada Yunanıstan cüdoçularına qalib gələn idmançılarımız bürünc medal uğrunda görüşdə Fransa milli komandası ilə qarşılaşıblar. Əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan cüdoçuları rəqibinə 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medallarına sahib olublar.