Rüstəm Orucov: Qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr etdik
25 aprel 2016 11:30

Cüdoçu Rüstəm Orucov Azərbaycan yığmasının Avropa çempionatında bürünc medal qazanması barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu uğurda federasiyamız, eləcə də məşqçilərin böyük əməyi var. Komanda kimi mübarizə apardıq. Fransa güclü rəqib idi. Bununla belə inam böyük olduğundan hər birimiz sona qədər yarışdıq. Qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr etdik. Ona görə də mükafatlandırma mərasimində uğuru hərbi salamla qeyd etdik. Bununla kifayətlənmək olmaz. Uğurlarımız davamlı olmalıdır".