Elxan Məmmədov: Sanki medalı quyunun dibindən çıxardıq
25 aprel 2016 19:00
Elxan Məmmədov cüdo üzrə Azərbaycan yığmasının Avropa çempionatında bürünc medal qazanması haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk dəfədir ki, Azərbaycan yığması komanda yarışlarında bürünc medal qazandı. Bu çox böyük uğurdur. Bütün federasiyanı, xalqımızı təbrik edirəm. Sanki medalı quyunun dibindən çıxardıq. Gördüyünüz kimi rəqib çox güclü idi. Hesab 2-2 olarkən bütün ümid son idmançımıza yönəlmişdi. Uşanqi vacib xalı qazandı. Əsas ümumi nəticədir. Cüdoçularımız göstərdi ki, komanda kimi mübarizə aparmağı bacarırıq".