Azərbaycan Meksikada 2-ci oldu

Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turnirinə tekun vurulub. Azerisport.az xəbər verir ki, mötəbər turnirin sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub. Elmar Qasımov millimizin aktivinə daha bir medal yazdırıb.
100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elmar Qasımov mübarizəyə braziliyalı Lusiano Korreanı məğlub edərək başlayıb və ardınca əlcəzairli Layes Bouyakouba qalib gələrək yarımfinala adlayıb. Yarımfinal qaşılaşmasında İsveç təmsilçisi Martin Pasek üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici qarşılaşma Fransa cüdoçusu Kirille Maretə qalib gələrək qızıl medal qazanıb.
Digər təmsilçilərimizdən Uşanqi Kokauri (+100 kq) 5-ci, Məmmədəli Mehdiyev turnirdə 7-ci olub.
Elxan Məmmədov isə mübarizəni erkən dayandırıb.
Bununla da, Azərbaycan milli komandası “World Masters” turnirini 2 qızıl və 2 bürünc medal qazanaraq komanda hesabında ikinci olaraq başa vurub.
Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunurdu.