Cüdo federasiyası onlayn TV açdı
29 sentyabr 2016 00:55

Azərbaycan Cüdo Federasiyasının rəsmi internet televiziyası "Cüdo TV" fəaliyyətə başlayıb. Azerisport.az xəbər verir ki, "Cüdo TV"-də Azərbaycan cüdo aləmində baş verən ən son xəbərlər, daxili və beynəlxalq yarışlardan canlı yayımlar, təlim-məşq toplanışlarından reportajlar sizə təqdim olunacaq.
Həmçinin hər həftə ölkəmizin tanınmış cüdoçularının iştirakı ilə həftəlik proqram efirə veriləcək. Bir sözlə, "Cüdo Tv"-ni izləyin və cüdo dünyasındakı ən yeni hadisələrdən xəbərdar olun!