Masallıda məşqçi-müəllimlər üçün seminar
2 noyabr 2016 12:40

Bölgələrdə məşqçilər üçün keçirilən seminarlar davam edir. Azerisport.az xəbər verir ki, Zaqatala, Qəbələ və Qusardan sonra növbəti belə bir seminar Masallıda baş tutub.
Masallı İdman Olimpiya Kompleksində keçirilən seminarda federasiyanın komitə rəhbərləri, təcrübəli mütəxəssislər məşqçilərdən tələb olunan qayda və qanunlar barədə geniş məlumat veriblər, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparılıb.