Avropa çempionatı Bakıda
6 fevral 2012 15:06

Fevralın 10-12-də Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr və gənclər arasında karate üzrə 39-cu Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda 45 ölkənin karateçiləri birincilik uğrunda mübarizə aparacaqlar.
Çempionatda ölkəmizi 26 idmançı təmsil edəcək.