Bakıda qitə çempionatı başladı
10 fevral 2012 14:43

Fevralın 10-da Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr və gənclər arasında karate üzrə 39-cu Avropa çempionatı başlayıb. Azerisport.az xəbər verir ki, üç gün davam edəcək yarışda 40 ölkədən 700-dən çox idmançı mübarizə aparır.
Çempionatda ölkəmizi 26 idmançı təmsil edir. Çempionatın ilk günü kadetlər mübarizəyə başlayıblar. Kadetlərin yarışında ölkəmizi Hüseyn Alıyev (52 kq), Cavid Qəniyev (57 kq), Vüsal Kamallı (63 kq), Fərid Əliyev (70 kq) və Sərxan Quluzadə (70 kq-dan yuxarı) təmsil edirlər.