Azərbaycan Bakıdakı AÇ-də 3 medala sevindi
12 fevral 2012 21:28

Fevralın 12-də Bakıda yeniyetmələr və gənclər arasında karate üzrə 39-cu Avropa çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatın sonuncu günü gənclər arasında kumite yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan İlahə Qasımova bürünc medala sahib olub.
Digər karateçilərimiz Ayxan Mamayev (76 kq) və Asiman Qurbanlı (76 kq-dan yuxarı) isə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.