“Jurnalistlər belə xəbərlər uydurmaqdansa, bizim qələbələrimizdən yazsınlar”
2 oktyabr 2012 17:18

Karate üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəhman Hətəmov Azərbaycan Karate Federasiyasının iclası zamanı millimizin lideri Rafael Ağayevlə dalaşdıqlarına dair yayılan xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bəzi mətbuat orqanlarında Rafaellə dalaşdığıma dair məlumatların yayıldığını eşitmişəm. Mən bu cür xəbərləri yayan insanları başa düşə bilmirəm. Birincisi, həmin iclas “Baku Open”dən iki gün yox, bir həftə öncə baş tutub. İkincisi isə heç bir dalaşma olmayıb. Üçüncüsü də mən gənclərdən ibarət millinin yox, əsas komandanın baş məşqçisiyəm. Belə xəbərlər Azərbaycan karatesinə vurulan zərbədi. Bu, elə bir idman növüdü ki, heç bir idmançı müəlliminə və ya baş məşqçisinə əl qaldıra bilməz. Mən beş ildi milli komandanın baş məşqçisiyəm. Bu müddət ərzində Rafael də daxil olmaqla heç bir yetirməmlə belə problemim olmayıb. Biz birgə xeyli uğurlar qazanmışıq. Avropa çempionu olmuşuq, dünya ikincisi adını qazanmışıq. Belə nəticə heç bir məşqçidə yoxdu. Jurnalistlər belə xəbərlər uydurmaqdansa, bizim qələbələrimizdən yazsınlar. Düzdü, indi maliyyə problemlərimiz var. Amma düşünmürəm ki, bu, Azərbaycanda karatenin inkişafına problem yaratsın”.