Həmyerlimiz dünya çempionu oldu (FOTO)
29 noyabr 2012 13:54

Noyabrın 20-24 Avstralyanin Sidney şehərində Ənənəvi karate-do üzrə 11-ci dünya çempionati keçirilib. Azerisport.az xəbər verir ki, yarışda dünyanın 50 ölkəsindən 2000 idmançı iştirak edib.
Millimiz bu yarışa Ənənəvi karate-do federasiyasının prezidenti, Dünya çempionu, Azərbaycan Respublikasının Əməkdar Bədən tərbiyəsi və İdman Xadimi, 7-ci dan qara kəmər ustası Əhməd Hətəmovun rəhbərliyi altında 9 nəfərlik heyət, 2 hakim 1 məşqçi və 6 idmançı ilə qatılıb. Beynəlxalq dərəcəli hakimlər Oktay Məmmədov və Əhməd Hətəmov final görüşlərini də idarə ediblər. Məşqçi qismində isə federasiyanın baş təlimatçısı 6-cı dan qara kəmər ustası Vahid Ayvazov gedib.
Yarışdan əvvəl texniki seminar və kəmər dərəcələrinə imtahan olub və idmançılarmız burada da iştirak ediblər. Seminarı karatenin əfsanəsi sayılan 10-cu dan qara kəmər ustası sensey Kanço Hirakazu Kanazava keçirib. Xatırladaq ki, sensey Kanazava bu yarışı keçirən təşkilatın SKİF (Şotakanl Karate İnternational Fedaration) rəhbəridi.
16-17 yaş qrupunda kumite üzrə təmsilçimiz İmran Quluzadə keçirdiyi 5 görüşlərin hamısında qələbə çalaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, dünya çempionu adına layiq görülüb.
18-19 yaş qrupunda isə iki təmsilçimiz Pənah Abdullayev və Süleyman Hətəmov yarışın 3-cüsü olaraq bürünc medallar qazanıblar.
16-17 yaş qrupunda kata yarışlarında Rövşən Əliyev və böyuklərin kumite yarışlarında isə +75kq Orxan Heydərli hakimlərin qeyri-obyektivliyindən yarışı 4-cü olaraq başa vurublar.
-75kq isə təmsilçimiz Məhəmməd İsmayılovun çıxışını qənaət bəxş hesab etmək olar. Keçən dünya çempionatı ilə müqayisədə bu dəfəki yarışın nəticələrini daha yüksək hesab etmək olar. Əlamətdar haldır ki, mükafatçı idmançılar Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun üzvləridir.
İdmançılarmızı qarşıda mötəbər yarışlar gözləyir. Son nəticələrə əsaslanaraq demək olarki, idamançılarmızı qarşıdakı yarışlarda böyük uğurlar gözləyir.