Təmsilçilərimiz Rusiyada iki medal qazandılar
14 aprel 2013 14:40
Azərbaycan karateçiləri Rusiyada keçirilən “Karate 1 Premyer Liqa” beynəlxalq turnirində iki medal qazanıblar. Azerisport.az xəbər verir ki, bir neçə də Avropa və dünya çempionu olmuş Rafael Ağayev 75 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib.
O, finalda ukrayanlı rəqibinə də qalib gəlib. Nəticədə, həmyerlimiz baş mükafata sahib çıxıb.
Şahin Atamov isə 84 kq çəki dərəcəsində mübarizə aparıb. Lakin təəssüf ki, o, finalda rusiyalı rəqibinə uduzduğu üçün, gümüş medalla kifayətlənməli olub.