Rafael Ağayev Qəbələdə!
1 may 2013 18:52

"Qəbələ" İdman Klubunda yeni təyinat reallaşıb. Azerisport.az xəbər verir ki, Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən karateçi Rafael Ağayev klubun karate bölməsinin rəhbəri təyin edilib.
Ağayev həm də idmançı kimi "Qəbələ"nin şərəfini qoruyacaq.
Xatırladaq ki, Rafael Ağayev 4 qat Dünya, 10 qat Avropa çempionudur. O bundan əlavə bir sıra yüksək reytinqli yarışların qalibi olub.