Ağayev dünya yığmasına çağırıldı
12 sentyabr 2013 18:34
Sentyabrın 15-də Moskvada karate üzrə Rusiya yığmasıyla dünya komandasının görüşü baş tutacaq. Azerisport.az xəbər verir ki, dünya yığmasının heyətində planetin ən güclü karateçiləri cəlb olunub.
Dünya yığmasında Azərbaycanın 2 idmançısı cəlb edilib. Bunlar dəfələrlə dünya və Avropa çempionu Rafael Ağayev və dünya çempionatının gümüş mükafatçısı Şahin Atamovdu.
Karateçilərimiz Vətənə qayıdandan sonra İndoneziyada baş tutacaq İslam Oyunlarına hazırlaşacaqlar.