Azərbaycan karateçiləri Rusiya millisinə qarşı oyunda qalib gəldilər
17 sentyabr 2013 18:04
Moskvada karate üzrə Rusiya yığması ilə dünya komandası arasında yoldaşlıq görüşü keçirilib. Azerisport.az xəbər verir ki, dünya komandasının heyətinə planetin ən güclü karateçiləri cəlb olunub.
Dünya yığmasında Azərbaycanı iki idmançı təmsil edib. Bunlar dəfələrlə dünya və Avropa çempionu olmuş Rafael Ağayev və mundialın gümüş mükafatçısı Şahin Atamovdu.
Hər iki karateçimiz görüşünü qələbə ilə başa çatdırıb.
Karateçilərimiz Vətənə qayıdandan sonra İndoneziyada keçiriləcək üçüncü İslam Həmrəyliyi Oyunlarına hazırlaşacaqlar.