İslamiadada 5 medal qazanan milli komandamız sabah vətənə qayıdır
26 sentyabr 2013 15:18
İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edən Azərbaycan karateçiləri sabah vətənə qayıdırlar. Azerisport.az xəbər verir ki, 3 qızıl və 2 gümüş medalla qayıdan karate komandamızı gətirən (Doha-Bakı reysi) təyyarə sabah günorta saat 12:30-da Bakıda olacaq.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qalibləri idman ictimaiyytimizin nümayəndələri və idman həvəskarları qarşılayacaqlar.