Yığmamız Bakıda coşqu ilə qarşılandı (FOTOREPORTAJ)
27 sentyabr 2013 17:17

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində keçirilən İslam Ölkələrinin 3-cü həmrəylik oyunlarında uğurlu çıxışla yadda qalan Azərbaycan karate yığması bu gün vətənə dönüb. Azerisport.az xəbər verir ki, "Qəbələ" karateçiləri - Rafael Ağayev və Rafiz Həsənovun yer aldığı yığma komanda Heydər Əliyev Bəynəlxalq Hava Limanında idmansevərlər tərəfindən coşqu ilə qarşılanıb.
Qarşılama mərasimində "Qəbələ" İdman Klubunun müxtəlif növlər üzrə gənc idmançıları və azarkeşləri yer alıb. Onlar tərəfindən karate yığmamızın üzvlərinə gül dəstələri təqdim olunub, qaliblərlə xatirə şəkilləri çəkilib.