“Avropa Oyunlarında da qalib gəlmək istəyirəm”
7 oktyabr 2013 12:17
3-cu İslam Həmrəylik Oyunlarının qalibi Rafael Ağayev azerisport.com saytı tərəfindən sentyabr ayının ən yaxşı idmançısı seçilməsinə münasibət bildirib:
“Ayın idmançısı seçiləcəyimi gözləmirdim. Mənə səs verən oxuculara təşəkkür edirəm. İdmançı hər zaman diqqətdə olmaq istəyir. Sorğuda qalib gəldiyimə görə şadam. Bundan sonra da idmansevərləri sevindirməyə çalışacam. İndi zədəmi sağaltmaqla məşğul olacam. Bir müddət müalicə olunacam. Sonra isə yenidən məşqlərə başlayacam. Çox istərdim ki, 2015-ci ildə keçiriləcək Avropa Oyunlarında iştirak edərək qələbə qazanım”.