Karateçilərimizdən növbəti qızıl medal (FOTOLAR)
22 oktyabr 2013 00:04

Sankt-Peterburqda Ümumdünya təknövçülük oyunları davam edir. Azerisport.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan karateçilərimiz böyük uğura yetişiblər.
75 kq-da finala qədər maneəsiz irəliləyən Rafael Ağayev, həlledici döyüşdə beynəlxalq aləmdə lider olduğunu bir daha nümayiş etdirib. Onun italiyalı rəqibi Luici Busa həmyerlimizin 7 zərbəsinə qarşı cəmi bir dəfə dəqqi ola bilib.
Şahin Atamov (+84 kq) da komanda yoldaşının uğuru təkrarlayıb. Finalda o, iranlı Zəbiullah Purşabı üstələyib.