İlk gündə 1 gümüş, 1 bürünc medal
8 noyabr 2013 11:54
İspaniyanın Quadalaxara şəhərində yeniyetmə və gənclər arasında 8-ci dünya çempionatının startı Azərbaycan karateçiləri üçün uğurlu alınıb. Azerisport.az xəbər verir ki, 18-20 yaşlı gənclərin yarışında Tural Ağalarzadə (-68 kq) gümüş medala, Şahin Quluzadəsə (-78 kq) bürünc mükafata sahib olub. 6 döyüş keçirən Ağalarzadə bir-birinin ardınca Fiji, Argentina, Meksika, Bosniya, yarımfinaldasa Yaponiyalı rəqiblərini məğlub edərək, həlledici döyüşə fransalı idmançı ilə çıxıb.
Bu dəfə rəqibi ilə bacarmayan Tural dünya çempionatının ikincisi olub.
Eyni yaş dərəcəsində döyüşən Quluzadə isə bürünc medal imkanını əldən verib. 4 rəqibindən almaniyalı, polşalı və xorvatiyalı idmançılara qalib gəlməklə bürünc medalı təmin edən Şahinin qarşısını yarımfinalda, sonradan dünya çempionu olan türkiyə təmsilçisi kəsib.
Beləliklə, 1 gümüş və bürünc medala sahib olan Azərbaycan karateçiləri komanda hesabında 18 medal qazanan ölkə arasında 6-cı yeri tutub. Yarışın başa çatmasına 3 gün qalıb. Baş məşqçilər Vahid Ayvazov, Şahin Xudaverdiyev və Anar Allahverdiyev mundiala hazırlaşdırdığı komandanın daha bur neçə üzvü bu gün yarışlara qatılacaq.