Karateçilərimiz Moskva ulduzları turnirində
16 noyabr 2013 00:47
Azərbaycan millisi daha bir mötəbər yarışa qatılır. Azerisport.az xəbər verir ki, SSRİ və Rusiyada karatenin 35 illiyinə həsr olunan dünya paytaxtlarının 6-cı beynəlxalq “Moskva ulduzları” turnirində 8 idmançımız iştirak edəcək.
Onlardan Niyazi Əliyev (67 kq), Rafael Ağayev, Ayxan Mamayev, Rafiz Həsənov (hək ücü - 75 kq), Asiman Qurbanlı (84 kq) və Şahin Atamov (+84 kq) kumitedə, Oqtay Məmmədov isə veteranların turnirində döyüşəcək. O.Məmmədov həmçinin "Moskva udluzları"nın veteranlar arasında kata yarışlarında çıxış edəcək. Daha bir karateçimiz Tural Balcanlı böyüklərin kata nümayişində bacarığını nümayiş etdirəcək. 16 ölkə komandalasının iştirakı ilə bu beynəlxalq turnir Moskvanın Döyüş Sənətləri Mərkəzində təşkil ediləcək.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və milli komandanın baş məşqçisi Rəhman Hətəmovun rəhbərliyi ilə bu nüfuzlu yarışa yollanan heyət arasında beynəlxalq dərəcəli referi Ranad Əliyev isə turnirin hakimləri arasında olacaq. Moskvada ənənəvi yarışa ayın 14-də yola düşən idmançılarımız noyabrın 18-də Bakıya dönəcəklər.