Karateçilər 4-cü Baku Open turnirində
4 dekabr 2013 20:35
6-7 dekabrda Bakıda ümummillilider Heydər Əliyevin 90 illik yubileyinə 4-cü "Baku Open" beynəlxalq karate turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, "Sərhədçi" Olimpiya İdman Mərkəzində ənənəvi yarışa 10-dək ölkədən komandalar qatılacaq.
Fləş texnologiya ilə vəxüsusi səs effektlərinin fonunda yeni yaradılan bakuopenkarate.com ünvanlıturnirin rəsmi internet səhifəsi müxtəlif informasiya və universallığı iləseçilir. Sayt azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Portalda Azərbaycan və ölkənin paytaxtı Bakı ilə bağlı məlumatdan əlavə, Azərbaycan Karate Federasiyası, eləcə də "Baku Open" turnirinin əvvəlki illərdə yarışları haqda da geniş informasiyalar yerləşdirilib. Azərbaycan və Bakıbölmələri, 2015-ci il Bakıda ilk Avropa oyunlarının rəsmi veb səhifəsinə girişlə təmin olunub. Bu amil həm də karate idman növünün daxil edildiyi qarşıdakı mötəbər yarışa diqqəti bir daha yönəltmək məqsədi daşıyır.
"Baku Open" ənənəvibeynəlxalq karate turnirinin 2013-cü il yarışı ilə maraqlananlar, saytvasitəsilə arena ilə gündəlik proqrama, nəticələrə, eləcə də iştirakçılara aid dolğun məlumat ala bilərlər. Multimedia bölməsində yarış vebsayt vasitəsi ilə birbaşa internet yayımında olacaq. Bu isə dünya karate yarışlarında nadir canlı yayımlardan biridir ki, "Baku Open"də ilk dəfə tətbiq ediləcək. Bu yenilikdən əlavə turnirin qalibləri ilə qısa video müsahibələr, final döyüşləri, və yarışın bütün çəki dərəcələrində maraqlı görüşlərdən fotoşəkillər operativ olaraq saytda yerləşdiriləcək.
Xəbərlər bölməsində mütəmadi qısa və operativ informasiyalar, partnyorlar bölməsində isə yarış təşkilatçıları və dəstək verən təşkilatların loqoloarı, həmçinin onların rəsmi saytlarına giriş təmin edilib. Əlaqə bölməsi isə turnir təşkilatçıları iləəlaqə yaratmaq və yarışın keçirildiyi yerin interaktiv xəritəsi ilə təminedilib.
4-cü "Baku Open" Beynəlxalq Karate Turnirinə gəlincə, 06 dekabr tarixində 60 kq,67 kq, 75 kq, 84 kq və +84 kq çəki dərəcələrində kişilərin, 50 kq, 55 kq, 61kq, 68 kq və +68 kq çəkilərdə qadınların kumite və kata tunrirləri keçiriləcək. Saat 17:00-da turnirin təntənəli açılış mərasimi başlayacaq. 7 dekabrda isə yeniyetmə və gənclərin kumite və kata yarışları olacaq. Yeniyetmələr (14-15yaş) oğlanlarda 52 kq, 57 kq, 63 kq, 70 kq və +70 kq çəkilərdə, qızlar isə 47 kq, 54 kq və +54 kq çəki dərəcələrində döyüşəcəklər. Yarışın axırıncı günü həmçinin gənclər (16-17 yaş) oğlanlarda 55 kq, 61 kq, 68 kq, 76 kq və +76 kq çəkilərdə, qızlar isə 48 kq, 53 kq, 59 kq və +59 kq çəki dərəcələrində mübarizə aparacaqlar.