AMKF-də nizamnamə dəyişdi, seçkilər keçirildi
4 dekabr 2013 20:40
Dünən Azərbaycan Milli Karate Federasiyası (AMKF) ilə baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi ilə birgə iclası keçirilib. Azerisport.az xəbər verir ki, toplantının gündəliyində qarşıya qoyulan məsələlərdən AMKF-in nizamnaməsinə dəyişikliklər edilib, cari problemlərin həlli yolları araşdırılıb.
Bundan başqa, yığıncaqda 2015-ci il Bakı Avropa oyunları və 2017-ci ildə paytaxtımızda lV İslam Oyunlarına hazırlıq işləri müzakirə edilib.
İclasda həmçinin federasiya rəsmilərinin aşağada qeyd edilən yeni tərkibdə heyəti təsdiqlənib. Qeyd edək ki, AMKF-in rəhbərliyi və idarə heyəti 5 illik müddətə, Nəzarət Təftiş Komitəsi isə 2 il müddətinə seçilir.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti - Yaşar Bəşirov.
AMKF-in l vitse-prezidenti - İlham Qasımzadə.
AMKF-in vitse-prezidenti - Yusif Məmmədov.
AMKF-in baş katibi - Mir-Cabbar Seyidov.
İdarə heyəti
Sədr: Yaşar Bəşirov.
İlham Qasımzadə.
Yusif Məmmədov.
Cabar Seyidov.
Emin İbrahimov.
Nəzarət Təftiş Komissiyası
Ruslan Vəliyev.
Fuad Tahirov.
Nəzifə Osmanova.
Məşqçilər Komitəsi
Sədr: Rəhman Hətəmov.
Hakimlər Komitəsi
Sədr: Cahangir Babayev.