Karateçilərimiz Parisdən iki medal gətirdi
12 yanvar 2014 12:44

İki karateçimiz Parisin açıq çempionatının startında uğurla fərqlənib. Azerisport.az xəbər verir ki, Ayxan Mamayev (84 kq) və Asim Qurbanov (+84 kq) iki bürünc medal qazanıb.
Nuranə Əliyeva (50 kq) mükafatın bir addımlığında mübarizəni dayandırıb. Digər səkkiz karateçimiz bir qədər uğursuz çıxış edib.
Qeyd edək ki, WKF premyer-liqasının ilk yarışında 58 ölkədən 770 karateçi mübarizə aparır.
Ölkəmizi yarışda Yusif Məmmədov və Cahangir Babayevdən ibarət hakimlər briqadası təmsil edir.
(Milli federasiyanın mətbuat xidməti)