Karateçilərimiz Parisdə 16-cı oldu
13 yanvar 2014 13:00
Karateçilərimiz WKF Paris Open turnirində üç bürünc medal qazanıblar. Azerisport.az milli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Niyazi Əliyev (67 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (+84 kq) öz çəki kateqoriyasında üçüncü olub.
Ümumkomanda hesabında Azərbaycan 22 komanda arasında 16-cı pilləni tutub.