Karateçilərimiz AÇ hazırlığına davam edir
15 yanvar 2014 14:55
Karate üzrə gənclərdən ibarət Azərbaycan yığması fevral ayında Portuqaliyada keçiriləcək AÇ-yə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, yarışa hazırlıq çərçivəsində Anar Allahverdiyevin rəhbərliyi altında karateçilərimiz yanvarın 19-da Donetskdə start götürəcək turnirə qatılacaq.
Ukraynaya 21 karateçimiz yollanacaq.