AÇ-yə yollanacaq karateçilərimizin adları açıqlandı

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Portuqaliyada Avropa çempionatına hazırlıqları başa vurmaq üzrədirlər. Azerisport.az xəbər verir ki, Azərbaycan mlli krate fderasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov və federasiyanın birinci vitse-prezidenti İlham Qasımzadənin rəhbərliyi altında 7-9 fevral tarixlərində Lissabonda yeniyetmələr arasında Avropa çempionatında 19 idmançımız iştirak edəcək.
Əməkdar məşqçilər Vahid Ayvazov, Rafael Ağayev, Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Elnur Həsənovla yarışa hazırlaşan karateçilərimizdən yüksək nəticələr gözlənilir. Məşqçilər heyəti aşağıda adları qeyd edilən karateçilərə etimad göstəriblər:
Yeniyetmələr (14-15 yaş):
İlqar Hüseynzadə (- 52 kq)
İsa Məmmədov (-63 kq)
Murad Balakişiyev (-70 kq)
Murad Hacızadə (+70 kq)
Şölə Həsənova (-47 kq)
Roman Heydərov (Kata)
Gənclər (16-17 yaş):
Ülvi Qurbanov (-55 kq)
Hüseyn Əliyev (-61 kq)
Muraz Atakişiyev (-68 kq)
Vüsal Kamallı (-76 kq)
Fərid Əliyev (+76 kq)
Asiya Məlikova (-48 kq)
Aytac Əliyeva (-53 kq)
Fəridə Əliyeva (+54 kq)
Gənclər (18-20 yaş):
Tural Ağalarzadə (-68 kq)
Şahin Quluzadə (-78 kq)
Pənah Abdullayev (+78 kq)
Fəridə Abiyeva (+60 kq)
Tural Balcanlı (Kata)
Beynəlxalq referilər, AMKF-in vitse-prezidenti Yusif Məmmədov, Nərgiz Mehdiyeva və Rənad Əliyev Avropa çempionatının hakimləri arasında yarışları idarə edəcəklər. 05 fevralda Portuqaliyaya yollanan karateçilərimiz ayın 11-də Bakıya dönəcəklər.
Lissabonun “Meo Arena” idman kompleksində Yeniyetmələr arasında 41-ci, gənclərdə isə 6-cı Avropa çempionatında 40-dan artıq ölkə idmanşıları iştirak edəcək.