Dünya Karatesinin rəhbəri növbəti dəfə Bakıya gəlmək niyyətindədir
11 fevral 2014 16:45

Portuqaliyanın paytaxtı Lissabonda Yeniyetmə və gənclərin növbəti Avropa çempionatında iştirak edən idmançılarımız artıq vətənə dönüblər. Azerisport.az xəbər verir ki, perspektivli karateçilərimiz yarışda iki dəfə Azərbaycan bayrağını dalğalandırıb.
16-17 yaşlı gənclər arasında Ülvi Qurbanov gümüş medala, Hüseyn Əliyevsə (-61 kq) bürünc mükafata sahib olublar. Bu idmançılar həmin gün Azərbaycan Milli Karate Federasiyasının (AMKF) Baş sponsoru Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən pul mükafatları ilə təltif edilib.
Mötəbər yarış ərəfəsində Azərbaycan Milli Karate Federasiyası və Avropa Karate Federasiyasının (EKF) rəhbərliyi arasında görüş keçirilib. AMKF-in prezidenti Yaşar Bəşirov və l vitse-prezident İlham Qasımzadə, WKF və EKF prezidenti Antonio Espinoz, baş katib Stepan Çelan və təşkilat komitəsinin sədri Esteban Perezlə görüşdə, Azərbaycanda idman karatesinin inkişafı və perspektivlərini müzakirə ediblər. Bakı 2015 l Avropa oyunlarında karate yarışları barədə ətraflı söhbət aparılıb, Azərbaycan idmançılarının qarşıdakı bu mötəbər yarışda favoritlərdən olduğu qeyd edilib.
İlk Avropa oyunları ilə əlaqədar Bakıda iki dəfə səfərdə olan Antonio Espinoz, baş katib Stepan Çelan və təşkilat komitəsinin sədri Esteban Perez qarşıdakı aylarda növbəti dəfə paytaxtımıza gəlmək niyyətindədirlər. Səfərin tarixi yaxın günlərdə məlum olacaq. Qonaqların bir sıra rəsmi görüşlər keçirməyi planlaşdırılıb.
Antonio Espinoz Azərbaycanda idman karatesinin inkişafına ölkə prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin diqqət göstərməsindən xüsusi razılıq edib. WKF prezidenti həmçinin idmançılarımıza dəstək verən AMKF-in Baş sponsoru Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə minnətdarlığını bildirib.