Karateçilərimiz uğurla başladı
5 aprel 2014 14:55
Azərbaycan karateçiləri İstanbulda 27-ci “Boğaziçi” beynəlxalq turnirinə uğurla başlayıblar. Azerisport.az xəbər verir ki, yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız yarışın ilk günü 8 medal qazanıblar.
Gənclər arasında dünya üçüncüsü Fəridə Əliyeva(+59 kq) 16-17 yaşlılar arasında çempion olub. Onunla bir yaş qurupunda Avropa ikincisi Ülvi Qurbanov (-55 kq), qitə çempionatının bürünc mükafatçısı Hüseyin Əliyev (-61 kq), və Asiya Məlikova bürünc medallara sahib olublar.
14-15 yaşlı gənclər arasına Fidan Teymurova ((-47 kq), Murad Balakişiyev (-70 kq), Murad Hacızadə (+70 kq) və Roman Heydərov (kata) də bürünc medal qazanıblar. 4-6 aprel tarixlərində İstanbulun Qəzənfər Bilgə İdman Kompleksində açıq turnirdə 20-dək ölkədən 400-dən artıq idmançı iştirak edir. Böyüklərdən ibarət milli komandamız da yarışa qatılıb. Nəticələr yenilənir.

Xatırladaq ki, 1-4 may tarixlərində Finlandiyanın Tampere şəhərində 49-cu Avropa çempionatına hazırlıqların bir hissəsi kimi Türkiyəyə yollanan böyüklərdən ibarət milli komandamız ənənəvi beynəlxalq “Boğaziçi” turnirindən əvvəl İstanbulda bir həftəlik beynəlxalq təlim-məşqlərdə iştirak edib.